Aytac Pərviz Bülbüləni ələ saldı: “Zövqləri korlayır” – Video/Foto
Müğənni Aytac Vidadiqızı “Show News” verilişində açıqlaması ilə diqqət çəkib. "AzerTaym.az" teleqraf.com-a istinadənxəbər verir ki, ifaçı musiqili meyxana stilində olan ifaları sərt tənqid edib: “Azərbaycanda meyxana stilində mahnılar yayılıb. Adam bezir, qulağım partlayır. Musiqili meyxanaları çox gətirib çıxarıblar üzə. Hara gedirsən eyni musiqilərdir. Adam yorulur, istirahət etmək istəyirsən. Onlar səsi olmayanlardır. Haqqın yolunu tapıblar. Bir yol tapıb gedirlər. Amma uzun ömürlü musiqi deyil. Bəyənmirəm. Zövqləri korlayır. Mən Pərviz Bülbülə ilə heç vaxt duet oxumaram. Bəyəndiyim meyxanaçılar da var. Onlarla oxuyaram”.