"Türkanla Pərviz bayağı ifaçıdır" - Hüseyndən SƏRT SÖZLƏR
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu meyxanaçı Pərviz Bülbülə ilə müğənni Türkan Vəlizadə haqda qalmaqallı açıqlama verib. "Özləri də başa düşürlər ki, oxuya bilmirlər, amma nə etsinlər. Bilsəydim, insanların zövqünü korlayıram, gedib başqa işlə məşğul olardım.
"AzerTaym.az" axşam.az-a istinadən bildirir ki, musiqiçi "X maqazin"ə açıqlamasında sənətçiləri bayağı ifaçı adlandırıb:
Bütün yaxşı musiqiçiləri narahat edən bir problem var, o da bayağı musiqilərdir. Biz də onlarla bacarmırıq. Pərvizlə Türkana qulaq asmıram, çünki onlar bayağı ifaçılardı".