Rəşad İlyasov yenidən mikrofon qalmaqalında: “Bir qadına qarşı bunu etməzlər” - VİDEO
“15 ildir ki, səhnədəyəm. Mənə qarşı edilən haqsızlıqları danışsam, sifarişli yazılan xəbərləri, hazırlanan süjetləri açıqlasam, böyük qalamqal yaşanar”. O toyların birində əməkdar artist Rəşad İlyasovun səs rejissorunun onun mikrofonunu qəsdlə bağladığını bildirib:
Bu sözləri musavat.com saytına açıqlamasında müğənni Nura Suri deyib.
“İndiyə kimi çox şeylər görmüşəm. Hətta bəziləri səsimin olmadığını iddia edirdi. Mənim 15 ildə 4 albomum işıq üzü görüb, kliplərim səviyyəli olub. Bir insan deyə bilməz ki, Nura bayağı mahnı oxudu, keyfiyyətsiz klip çəkdirdi. Heç vaxt nömrə bir müğənni olduğumu iddia etməmişəm. Həmişə öz yerim olub, sakit işimlə məşğul olmuşam. Dünən bir toyda idim, Rəşad İlyasovun musiqiçiləri oradaydı. Aparatları onlar idarə edirdi. Rəşadın işçisi ona yaxınlaşdı, sonra mahnımı kəsdi. Bir qadına qarşı bunu etməzlər. Bilmirəm, burada Rəşadın əli var, yoxsa yox. Rüfətlə olan videoda Rəşadın səsi tam aydın eşidilirdi. Orada mikrofonu Rəşad açdırdı, hər şey göz önündədir. Amma cəzanı Rüfət aldı. Toyda səs rejissoru 2 dəfə mahnımı kəsib. Sonra Rəşad mənimlə canlı oxumaq istədi. Mən öz repertuarımı bilirəm. Başqa mahnıları oxumağa məcbur deyiləm. Yarımsaatlıq toya gələn müğənni başqa müğənninin repertuarını bilməli deyil. Rəşad öz tonallığı ilə bildiyi mahnıları oxudu. O mahnılar içərisində mənim bilmədiklərim də vardı. Amma yenə də orada dayandım, vəziyyətdən çıxdım. Müğənnilərin başına çox oyunlar açırlar. Tanınmış müğənnilər mənə elə sözlər yazıblar ki, yer-yerindən oynayar. Ona görə Rəşadın səs rejissorunun etdiyi texniki problem deyil. Hər şey məqsədyönlü edildi. İstəyirlər ki, toylardan bizi uzaqlaşdırsınlar”.