"Aldığımız bu villaları, bahalı maşınları, zinət əşyalarını..." - Elzadan Manafa CAVAB

"Aldığımız bu villaları, bahalı maşınları, zinət əşyalarını..." - Elzadan Manafa CAVAB

Əməkdar artist Elza Seyidcahan ARB telekanalında yayımlanan "Səhər-səhər" verilişinin efirində səslənən fikirlərə münasibət bildirib.

"AzerTaym.az" bildirir ki, bəstəkar Manaf Ağayevin "Bizə çörək lazımdır, əsər yox" sözlərinə sərt reaksiya verib:

"Bir var bir qarınlıq çörək, bir də var ki, ümumbəşəri çörək. "Bizə çörək lazımdır, əsər yox". Çox ağladım. Çünki belə ucuz sözlərlə klassik, milli musiqi ənənələrimizi məhv etmirikmi? Efir əlimizdədir deyə, çıxışlarımızda çox ehtiyyatlı davranmalı deyilikmi? Axı gələcəyimiz üçün, balalarımız, gənclərimiz üçün efir əsas nümunədir! Çünki ulularımızın, dahilərimizin əzab-əziyyətlə, bir qarınları tox, bir qarınları ac ola-ola xalqımız üçün qurub, yaratdıqları gözəl sənət məbədlərini uçuruma yuvarlayıb bədxahlara satmırsınızmı? Yediyimiz bir qarın çörəyi qarnımızda saxlaya bilmiriksə, aldığımız bu villaları, bahalı maşınları, zər-zinət əşyalarını özümüzlə qəbirə apara bilmiriksə, o zaman qarnımız üçün yox, ululardan bizə qiymətli mirası "bir qarın çörəy"ə satmağa dəyərmi?! İndi siz deyin. Bizə "Bir qarın çörək lazımdır, yoxsa əsər?" Ac qarnıma o qədər gözəl əsərlər yazmışam, bəstələmişəm ki, hələ də, o əsərlərim nəslimin, gələcəyimin qarnını doydurur, doyduracaq da. "Mənim ac qalan günlərim çox olub, amma ümidsiz qalan bir günüm də olmayıb" (Babək Xürrəmidin).

"Fikrət Əmirovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Tofiq Quliyevin Tahir Əkbərin, Faiq Naqiyevin, Firəngiz Əlizadənin, Xəyyam Mirzəzadənin, Aqşin Əlizadənin simfonik əsərləri, Nadir Əzimovun vağzalı balladası hələ çox gəlinləri, anaları, musiqiçiləri duyğulandırıb, kövrəldib xoşbəxt edib qidalandıracaq. Bax, əsl çörək budur! Əsərimiz varsa, ümumbəşəri çörəyimiz də var. Mən bir Azərbaycan Bəstəkarlar ittifaqının üzvü kimi, bir Əməkdar artist kimi, Azərbaycan Dövlət Televiziyasının solisti kimi, bu videoya biganə qala bilməzdim".

 






Fikirlər