Nəzakət Teymurova koronavirusa inanmayanalara səsləndi: "Özümüzü və ailəmizi qorumalıyıq"

"Dövlətimiz hər şey edib. Biz də vətəndaş olaraq üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik".

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Nəzakət Teymurova deyib.

O, virusa inanmayan insanlara da səslənib: "Bu virus bütün dünyada yayılıb. Yalnız bizim ölkədə deyil. Heç kim buna biganə yanaşmamalıdır. Dünyada baş verən hadisələrin ölkəmizdə təkrarlanması üçün hamı özünü qorumalıdır.

Vacib olmadıqca mən çölə çıxmıram. Sadəcə ərzağa görə mağazaya gedirəm. O zaman da spirtdən, maskadan istifadə edirəm.

Hazırda bağdayam, qonaq qəbul etmirəm. Öz ailəmlə qorunmağa çalışıram. Hər kəs bu virusun daşıyıcısı ola bilər. Ona görə də insanlardan uzaq dururam. Özümüzü və ailəmizi qorumalıyıq. Hamı bir olmalıdır və dövlətimizə millətimizə dətək olmalıdır".

 


 






Fikirlər