Koronavirusdan qorunmağın asan yolu - Cəmi 20 saniyəyə...
Ötən ilin sonundan başlayaraq, dünyanın müxtəlif yerlərində sürətlə yayılan koronavirus səbəbindən bu günə qəfər minlərlə insan ölüb, on minlərlə insan isə hazırda virusun daşıyıcısıdır. Tanınmış həkim Arzu Əhmədova Yenisabah.az-a açıqlamasında koronavirusa yoluxmanın əlamətlərini sadalayıb: "Hərarət, güclü və kəsilməyən öskürək virusun əlamətlərindəndir. Virusa yoluxduqda bronxlar və ağciyər şişdiyinə görə nəfəsalma çətinləşir. Halsızlıq, güclü baş ağrıları olur. Bir gün sonra isə yoluxan insanın taqəti kəsilir, ayaq üstə dayana bilmir". Həkim virusdan qorunmağın yollarını da açıqlayıb: "Virusdan qorunmaq üçün əlləri tez-tez və ən azı 20 saniyə yumaq lazımdır. İnsanların çox olduğu yerlərdə - metro, avtobuslarda maskadan istifadə etmək faydalıdır. Çox vacib deyilsə, qələbəlik yerlərdən uzaq olmaq məsləhətdir. Evə getdikdə üst paltarları havalandırılmalı, həmçinin evin havası da tez-tez dəyişməlidir. Çünki virus qapalı və insanların sıx olduğu yerdə inkişaf edir, lakin açıq havada isə inkişaf edə bilmir. Bolluca vitaminlər istifadə etmək də virusdan qorunmağa kömək edir". Qeyd edək ki, virusun ilk dəfə Çinin 11 milyonluq Vuhan şəhərində dəniz məhsulları bazarında heyvandan insana keçdiyi iddia edilir. Heyvandan insana keçən bu xəstələyin daha sonra tənəffüs yolu ilə insandan insana da keçdiyi məlum olub.