Ölümcül VİRUS Gəlir - 33 milyon insan TƏHLÜKƏDƏ
"Aussie (Avstraliya) qripi səbəbindən yaxın 200 gün ərzində 33 milyon insan ölə bilər”. Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə xəbərdarlıq edən mütəxəssislər virusun qarşısında gücsüz olduqlarını bildirir. Professor Robert Dingvall bildirir ki, asqırarkən və əllərinizi yuyarkən ağzınızı bağlamağınız virusun yayılmasının qarşısını almaq üçün ən yaxşı üsullardan biridir. “Ancaq bu tədbirlər yetərli deyil”. Qlobal Sağlamlıq Şurasının rəhbəri Conatan Quik isə qrip mutasiyasının hər an qapımızda ola biləcəyini və bəşəriyyət tarixindəki ən ölümcül virus olduğunu qeyd edib. Xalq arasında qrip kimi tanınan bu xəstəlik soyuqdəymə viruslarından daha ağır keçir. Tənəffüs yollarında sürətlə yayılan bu virus sürətlə ağciyərlərdə sətəlcəm, beynin içində infeksiyalara səbəb ola bilər. Hər il qış fəslində yayılan qrip virusları səbəbindən yüzlərlə insan xəstələnir, onların 3 faizi ölümlə nəticələnir. Lakin bu il yayılan virusdan ölənlərin sayının 2 dəfə çox olacağı bildirilir. Alimlər xəbərdarlıq edir ki, Aussie adı ilə tanınan bu virus qanadlı bir mutasiyadır. Bu “quş qripi” dediyimiz qanadlılara aid virusun insanlara keçməsi kimi də izah edilir. Əgər belə olarsa, bir gündə yüzlərlə quş qripdən öldüyü kimi, peyvənd olunmalarına baxmayaraq yüzlərlə insan da bir anda ölə bilər. Virus Avstraliyadan İngiltərəyə keçib. İngiltərədə qış mart ayının ortasında başa çatacaq. Amma xəstə və ölənlərin sayı gözləniləndən çoxdur. Üstəlik, virusun qarşısı alınmazsa, o, qış fəslinin müşahidə edildiyi ölkələrdə yayıla bilər. Nəticədə 20 milyon insanın həyatını itirəcəyi bildirilir. Bu virusun əsas özəlliyindən biri budur ki, insanlar virusa yoluxduğunu hiss edənə qədər artıq başqalarını yoluxdurmuş olurlar: Belə ki, insan 4 gün xəstə ola bilər, lakin özünü yaxşı hiss edir. Beşinci gün isə xəstə olduğunu anlayır. Bu günlər ərzində isə o, virusu ətrafına yaymış olur. Bu da virusun çox sürətlə yayılmasına imkan yaradır. Virusdan qorunmaq üçün əllərinizi düzgün yuyun, asqıranda əlinizi ağzınıza tutun, qapalı yerlər əvəzinə açıq yerlərdə gəzin. Bu virusla mübarizə üçün təsirli vasitədir.