Gülyanaq Məmmədova: "Hamilə qadın, göz yaşları..." - AÇIQLAMA
Xalq artisti Gülyanaq Məmmədova Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan SSR xalq şairi Süleyman Rüstəmin “Ana və poçtalyon” əsəri əsasında çəkilən eyni adlı qısametrajlı bədii filmə çəkilib. İlk dəfə özünü aktrisa kimi sınayan xalq artisti Gülyanaq Məmmədova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "O vaxt körpə uşaqlı, hamilə qadınlar gözü yaşlı həyat yoldaşılarını müharibəyə göndərirdilər, bilmirdilər ki, gələcək, ya yox. Film "Ana və paçtlayon" adlanır. Filmin ideya müəllifi Etibar Babayev, rejissor Elnur Məmmədov, ssenari müəllifi Afaq Əhmədova aiddir. Filmdə xalq artisləri Həmidə Ömərova, Mahmud Məhərrəmov baş rolda oynayırlar. Biz də onların qonşuları obrazında oynayırıq. Diktorlarımız Sevda Ağazadə, Kəmalə Əzizqızı da oynayır. Mənim həyat yoldaşım obrazında xalq artisti Ənvər Sadıqov oynayır. Bu filmdə rol almaq mənim üçün çox xoşdur. Etibar Babayev və Azərbaycan Dövlət Televiziyasına da təşəkkür edirəm ki, məni də belə bir filmə dəvət ediblər. Bundan sonra da gözəl filmlərə dəvət alaramsa, dəyərləndirəcəm". Gülyanaq Məmmədova obrazından da danışıb: "Filmdə hamilə qadın obrazını canlandırıram. Bu kollektivdə çox gözəl iş birliyi gördüm, işə peşəkar yanaşma, aktyorların peşəkarlığı, Həmidə xanımın göz yaşları məni çox həyəcanladırdı və təəccübləndirirdi. Film mayın 9-da AzTV-də yayımlanacaq". Qeyd edək ki, film Böyük Vətən müharibəsində qazanılmış qələbənin 75 illiyinə həsr olunub.
Filmi xalq artisti Rasim Balayev səsləndirir.