“Sevincdən qucaqlaşıb ağladıq” - Gülyaz Məmmədova
““Xalq” artisti fəxri adı bizə 2014-cü ilin ən gözəl hədiyyəsi oldu”.
Bunu AzNews.az-a açıqlamasında xalq artisti Gülyaz Məmmədova deyib. Məmmədova bacıları deyir ki, bu fəxri ad onların məsuliyyətini daha da artırıb: “İnan Allaha, heç birimizin bundan xəbəri olmayıb. Neçə gündü başımız Yeni il çəkilişlərinə qarışıb. Bütün günü çəkilişdə idik. Birdən xəbər aldıq ki, Prezident bizə xalq artisti fəxri adını verib. Həmin anda ancaq sevincdən qucaqlaşıb ağladıq”.
G.Məmmədova bacısı Gülyanaq Məmmədovanın da adından ölkə prezidentinə təşəkkür edib.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev dünən bir mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
“Xalq Artisti” fəxri adını alan beş nəfərdən ikisi Məmmədova bacılarıdır.