““Space” Azərbaycan xalqı üçün böyük bir ləkədir“ - Kamran Həsənli
“Vaqif Mustafayev elə bilir ki, indiyədək əhali hind filminə baxır. O televiziya təkcə Azərbaycan xalqı üçün yox, kanallar üçün böyük ləkədir. Belə televiziya ola bilməz”. Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Kamran Həsənli “Space” telekanalı haqda danışarkən deyib. İTV telekanalında yayımlanan “Popumuz Var” proqramında qonaq olan aparıcı Space TV-nin rəhbəri Vaqif Mustafayev tənqid atəşinə tutub: “Mənim hər gün Space TV ilə savaşım olub. Onlar reytinqin nə olduğunu başa düşmürlər. Məni televiziyaya buraxmırlar. Kanallarda dekorativ dəyişikliklər olur, başqa heç nə! Uzun fasilədən sonra yenidən kanala qayıtdım. “Onda başladıq” proqramı var idi. Brilliant Dadaşovadan tutmuş Qənirə Paşayevayadək hər kəs - kanalın arzusunda olan insanlar qonaq olurdu. Veriliş başlayandan sonra millət vəkili Aqil Abbas məni yığıb dedi ki, əla verilişdi, amma bağlayacaqlar. Üç həftə keçəndən sonra bağladılar. Dekorasiya üçün cibimdən pul vermişdim. Vaqif Mustafayev dedi ki, verilişdə rəqs olmalıdır. Cazdan belə danışmağa qoymurdular”.