Mikayıl Cabbarov tanınmış baş redaktoru işdən çıxartdırdı — QALMAQAL

“Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” İnformasiya Proqramının baş redaktoru, tanınmış telejurnalist Elman Gədikli vəzifəsindən azad olunub.

“Ölkə.Az”-ın telekanaldan əldə etdiyi məlumatına görə, buna səbəb Elman Gədiklinin Təhsil Nazirliyi əleyhinə hazırlanan tənqidi materialın hazırlanması və onun efirdə yayımlanması barədə tapşırıq verməsi olub.

Sözügedən tənqidi material efirdə yayımlanandan sonra təhsil naziri Mikayıl Cabbarov “Space” Müstəqil Teleradio Şirkətinin prezidenti Vaqif Mustafeyevə zəng edərək, buna etirazını bildirib. Hətta, Mikayıl Cabbarov həmin materialın Təhsil Nazirliyinə qarşı qərəz doğurduğunu vurğulayaraq, günahkarın cəzalandırılmasını istəyib.

Daha sonra Vaqif Mustafayev materialın kim tərəfindən hazırlanması barədə tapşırıq verilməsini araşdırıb. Məlum olub ki, sözügedən materialı hazırlamağı müxbirə Elman Gədikli tapşırıb.

Bundan ciddi şəkildə əsəbiləşən Vaqif Mustafayev Elman Gədiklini işdən çıxarıb. 

Elman Gədiklinin yerinə isə tanınmış telejurnalist Azadə Balayevə təyin olunub. 






Fikirlər