12.03.2014. - MİKAYIL CABBAROV KORRUPSİYANERLƏRƏ SAVAŞ AÇIB

12.03.2014. -  MİKAYIL CABBAROV KORRUPSİYANERLƏRƏ SAVAŞ AÇIBMikayıl Cabbarov korrupsionerlərin hücumundan qorxmur.

Təhsil Nazirliyinin korrupsiyaya qarşı mübarizə ilə bağlı mövqeyi dəyişilməz olaraq qalacaq.


Təhsil naziri Mikayıl Cabbarov APA-ya açıqlamasında bildirib ki, dövlət başçısının bütün çıxışlarında vurğulandığı kimi, ümummilli maraqlara zidd olan ən birinci mövzulardan biri də korrupsiya hallarıdır.

Nazirin sözlərinə görə, təhsil sistemində təhsilalanlar və təhsilverənlər arasında münasibətin, ümumiyyətlə təhsil ab-havasının paklığı xüsusilə ona görə mühümdür ki, təhsil sistemində şəxsiyyət formalaşır: “Statistikaya diqqət yetirsək və təhsilalanların mütləq əksəriyyətinin gənc və yeniyetmələr olduğuna nəzərə alsaq, onların şəxsiyyət və vətəndaş mövqeyinin formalaşmasında təhsilin rolu əvəzsizdir. Bu prizmadan da biz təhsil sistemində şəffaf və münbit ab-havanı təmin etməliyik. Düzdür, ağrılı bir proses olacaq, müəyyən müqavimətlə rastlaşacağıq. Bu məlumdur, amma biz bunu edəcəyik. Korrupsiya ilə mübarizə istiqamətində işlər davam etdiriləcək. Bizim tədbirlərimiz yalnız korrupsiya hallarına reaksiya ilə məhdudlaşmaqdan ibarət deyil, həmçinin bu işlər sistemli şəkildə elə qurulmalıdır ki, korrupsiya üçün məkanı mümkün qədər daraltsın. Məqsəd inzibatçılıqda asılılıq, qeyri-şəffaflıq məsələsi, q
ərarın şəffaf müəyyən olunmuş amildən deyil, bir şəxsin istəyindən asılılığı kimi meyarları sistemli şəkildə aradan qaldırmaqdır”.






Fikirlər