27.02.2014. - Xocalı ilə bağlı məlumatlar türk dərsliklərinə salınacaq

27.02.2014. -  Xocalı ilə bağlı məlumatlar türk dərsliklərinə salınacaqFaciə haqqında məlumatlar, Türkiyənin ümumtəhsil məktəblərində tədris edilən dərsliklərdə də əksini tapacaq.

AzerTaym.az xəbər verir ki, Fevralın 26-da Türkiyə Respublikasının milli təhsil naziri Nəbi Avcı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova zəng edərək Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı başsağlığı verib.

Təhsil Nazirliyindən verilən məlumata görə, Türkiyənin milli təhsil naziri insanlığa qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsinin qardaş ölkədə də ehtiramla anıldığını bildirib.

Söhbət zamanı Xocalı soyqırımının gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, bu faciə haqqında məlumatların, Türkiyənin ümumtəhsil məktəblərində tədris edilən dərsliklərdə də əksini tapmasının əhəmiyyəti qeyd olunub. Bu mövzunun tədrisi məsələsinin xüsusi yanaşma tələb etdiyini nəzərə alaraq, müvafiq mütəxəssislərin əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.






Fikirlər