21.02.2014. - Azərbaycan şou nümayəndələri Xocalı tarixini necə bilirlər?

21.02.2014. -  Azərbaycan şou nümayəndələri Xocalı tarixini necə bilirlər?Xocalı soyqırımının nə zaman törədildiyi haqda şou-biznes nümayəndələri arasında sorğu keçirdik. Bəzi məhşurların cavablarını AzerTaym.az SİA-ya istinadən oxucularına təqdim edir:

Əməkdar artist Firuzə İbadova: “Xocalı faciəsi 1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə baş verib. Erməni qaniçənləri Azərbaycanın Xocalı şəhərinə basqın edərək günahsız insanları qətlə yetiriblər”.

Əməkdar artist Cavanşir Məmmədov: "Xocalı soyqırımı 1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə törədilib. Hətta Xocalı haqqında filmlər də çəkilib. Onu da deyim ki, bu faciə haqqında bilməyənlər cinayətkardırlar".

Əməkdar artist Gülyaz Məmmədova: “Səhnəyə çıxmalıyam. Üzr istəyirəm. Daha sonra danışarıq”.

Əməkdar artist Aybəniz Haşımova: “Xocalı soyqırımı 1992-ci ildə, fevral ayının 26-da baş verib. Hazırda İstanbulda Xocalı faciəsi ilə əlaqədar olaraq tədbirlərdə iştirak edirəm”.

Müğənni Elçin Hüseynov: “Xocalı soyqırımı 1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə törədilib və bir çox insanlarımız vəhşiliklə öldürülərək əsir götürülüblər”.

Müğənni Elariz Məmmədoğlu: “Xocalı faciəsi 1988-ci ildə, fevral ayının 26-da baş verib”.

Müğənni Əli Mirəliyev: “Səhv etmirəmsə, Xocalı soyqırımı fevral ayının 26-da, 1992-ci ildə olub”.

Müğənni Aynişan Quliyeva: “Xocalı soyqırımı fevral ayının 26-da, 1992-ci ildə törədilib”.

Bəzi “azərbaycanlı” şou-biznes nümayəndələrinin nəzərinə çatdıraq ki, Xocalı soyqırımı1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilib. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli qətliamdır. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib.

Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib, qətliamın qurbanı olub. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.






Fikirlər