26.02.2014. - Prezident “Xocalı” abidəsini ziyarət etdi
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xətai rayonunda ucaldılan Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib.
AzerTaym.az xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
Ziyarət mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirab ediblər.
Anım mərasiminə həmçinin dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri qatılıblar.