25.02.2014. - Bakının küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
AzerTaym.az xəbər verir ki, Xocalı faciəsi səbəbindən insanların “Ana harayı” abidəsini rahat ziyarətini təmin etmək üçün bu istiqamətdə müvafiq qərar verilib.
Fevralın 26-da xocalı prospektində yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə həmin ərazidə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Tədbirin səhər saat 08.00-də başlanacağını nəzərə alaraq, tədbir tam başa çatana qədər Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov və digə küçələrdən Xocalı prospektinə doğru hərəkətə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.