23.02.2014. - Ermənistan prezidentinin keçmiş müşaviri Xocalı qətliamını tanımağa çağırdı

23.02.2014. - Ermənistan prezidentinin keçmiş müşaviri Xocalı qətliamını tanımağa çağırdıJirayr Libaredyan: “Əgər biz törətdiyimiz cinayəti etiraf etmiriksə, nəyə görə ümid etməliyik ki, başqaları ermənilərə qarşı törədilmiş cinayətləri tanıyacaq?”

Ermənistan prezidentinin keçmiş müşaviri (Levon Ter-Petrosyanın administrasiyası), hazırda ABŞ-ın Miçiqan Universitetinin professoru olan və vaxtilə Qarabağ danışıqlarını aparanlardan biri Jirayr Libaredyan sensasion hesab oluna biləcək məqalə ilə çıxış edib.

Məqalə ona görə sensasion hesab edilə bilər ki, J.Libaredyan ehtiyatla da olsa erməniləri 21 il əvvəl Qarabağda törətdikləri cinayəti - Xocalı qətliamını tanımağa çağırır. Hansı ki, ermənilər və erməni siyasətçiləri, Ermənistan cəmiyyəti indiyədək Xocalıda törətdikləri cinayət barədə bu səpkidə heç vaxt danışmamışdı.


J.Libardyanın bu məqaləsində Qarabağ münaqişəsi və Xocalı qətliamı ilə bağlı şübhəsiz ki, ermənilərin mövqeyini ifadə edən, məsuliyyəti Azərbaycanın üzərinə qoymağa hesablanan fikirlər yer alır.

Bununla belə nüfuzlu erməni siyasətçinin Xocalıda dinc insanlara qarşı qətliam törədildiyini, insanların ancaq azərbaycanlı olduqları üçün qətlə yetirildiyinin etiraf olunduğunu əks etdirən mühüm fikirlər də var.

Virtualaz.org saytı J.Libaredyanın Türkiyədə nəşr edilən erməni qəzeti “Aqos”da dərc edilmiş və Ermənistanın epress.am saytı tərəfindən yayılmış məqalənin tərcüməsini olduğu kimi təqdim edir:

* * *

Azərbaycanlı nənənin erməni nənədən nəyi pisdir?!

23.02.2014. - Ermənistan prezidentinin keçmiş müşaviri Xocalı qətliamını tanımağa çağırdı

Erməniyə Xocalı haqda yazmaq çox çətindir. Xocalı elə hadisədir ki, ermənilər başqalarına qarşı, indiki halda azərbaycanlılara qarşı vəhşiliklərdə ittiham olunur.

Ermənilər qurbanlara görə günahkar olmağa öyrəşməyiblər, onlar üçün qurban obrazı xarakterikdir.

Mən 1992-ci ilin fevralında Xocalıda nə baş verdiyini dəqiqliyi ilə bilmirəm, baxmayaraq ki, həmin vaxt erməni rəhbərliyinin tərkibində yer alırdım, respublika prezidentinin müşaviri idim.

Bilirəm ki, bizim hökumətimiz baş verənlərlə bağlı hansısa əmr və ya haqq verməyib. Ermənilər bu haqda danışmırlar, Azərbaycan mənbələri isə Xocalını ciddi təhqiqat nöqteyi-nəzərindən yox, əbliğat məqsədi ilə istifadə etməkdə maraqlıdır. Deməli onların dedikləri mötəbər deyil.

1999 və 2001-ci illərdə mən öz növbəti kitabım üçün Bakıda və İrəvanda azərbaycanlı və erməni məmurlarla müsahibələr götürəndə azərbaycanlı məmurlar azərbaycanlıların törətdikləri haqda danışmaq istəmədilər, ermənilər isə Xocalı mövzusundan qaçdılar. Ümid edirəm ki, günlərin birində alimlər münaqişə tərəflərinin iştirakı ilə əslində nə baş verdiyini müəyyən edəcəklər.

Bununla belə, Qarabağda ermənilər tərəfindən azərbaycanlı mülki şəxslərin qətlə yetirilməsinə və şikəst edilməsinə aparıb çıxaran nədirsə, o yolverilməzdir. Ermənilər bunu ya inkar edir, ya da kifayət qədər izahat vermirlər. Eləcə də azərbaycanlılar Sumqayıtda, Bakıda və digər şəhərlərdə erməni mülki vətəndaşlara qarşı törədilənlər haqda danışmaq istəmir.


23.02.2014. - Ermənistan prezidentinin keçmiş müşaviri Xocalı qətliamını tanımağa çağırdı

Azərbaycan tərəfindən Sumqayıtda və digər şəhərlərdə ermənilərə qarşı poqromları etiraf etmək yerinə düşərdi və faydalı olardı. Bununla belə ermənilərin öz səhvlərini etraf etməsi azərbaycanlıların səhvlərini etiraf etməsindən qətiyyən asılı olmamalıdır.

Bizə məlumdur ki, münaqişə hələ həll edilməyib və guya danışıqlar aparılır. Ancaq insan əzabları alver predmetinə çevrilə bilməz. Bizim bu məsələyə yanaşmamız göstərəcək ki, hansı dəyərlərə üstünlük veririk və başqalarından bizim tariximizə qarşı hansı dəyərləri görmək istərdik.

Əgər Xocalını bilavasitə müharibənin vurduğu zərbə kimi izah etmək mümkündürsə o zaman mülki vətəndaşlara qarşı istənilən hərəkəti belə qəbul etmək lazımdır. Nəyə görə biz ümid etməliyik ki, özümüzün daha kiçik miqyasda törətdiyimiz cinayətlərimizi etiraf etmədiyimiz halda başqaları ermənilərə qarşı törədilmiş cinayətləri etiraf edəcək?

Biz müharibənin gedişində mülki şəxslərlə bağlı faciəni 1991-ci ildə münaqişənin hərbiləşdirilməsi ilə bağlı böyük ölçüdə Azərbaycan hökumətinin və Sovet İttifaqının çiyinlərinə düşən məsuliyyətdən ayırmalıyıq. Qarabağdakı erməni qüvvələri öz xalqını müdafiə etmək üçün Xocalıda və digər şəhərlərdə hərbi əməliyyatlar keçirdilər.


23.02.2014. - Ermənistan prezidentinin keçmiş müşaviri Xocalı qətliamını tanımağa çağırdı

Lakin mən əvvəllər publika qarşısında verdiyim sualı təkrarlayıram: qucağında nəvəsini tutan azərbaycanlı nənənin nəyi pisdir? Niyə onun nəvəsi təkcə azərbaycanlı olduğu üçün pis olmalıdır? Bu iki mülki şəxs azərbaycanlıların Qarabağda erməni kəndlərində apardıqları təmizləmələr zamanı oxşar vəziyyətə düşən erməni nənədən və onun nəvəsindən nə ilə fərqlənir?

Onlar 1915-ci ildə mənim nənəsinin əlindən tutaraq Osmanlı imperiyasındakı evini tərk etməyə məcbur olan nənəmdən nə ilə fərqlənirlər? İnsani nöqteyi-nəzərdən onlar hər şeydən əvvəl nənələr və nəvələrdir. Siyasət insani, ailə səviyyəsində əhəmiyyətli olmamalıdır. Böyük siyasət problemin həllini o vaxta qədər tapa bilməyəcək ki, biz nəhayət bir-birimizin insan olduğunu etiraf edək. Siyasətin, strategiyanın, hətta müharibənin məqsədi öz xalqının təhlükəsiz mühitdə yaşamasını təmin etmək deyilsə bəs nədir?

Heç bir təhlükəsizlik daimi və etibarlı ola bilməz, bir halda ki, o qonşular üçün də təmin edilməyib. Nəhayət qərarlaşdırmalıyıq ki, biz daimi müharibə şəraitində və ya müharibə təhdidi altında yaşamaq istəyirik, yoxsa bu situasiyadan çıxmaq istəyirik? Biz öz böyük qorxularımıza əsaslanaraq və eyni vaxtda başqaları üçün qorxu yaradaraq, sülhün əldə edilməsi imkanlarının qarşısını alaraq siyasət apara bilmərik.


23.02.2014. - Ermənistan prezidentinin keçmiş müşaviri Xocalı qətliamını tanımağa çağırdı

Biz öz insanlığımızı qurban olmağımızla əlaqələndirib özümüzü xoşbəxt hiss edə bilərik, lakin öz qurbanlarımızın insanlığını tanımaqdan imtina ediriksə o zaman mənəvi baxımdan haqlı ola bilmərik. Biz nəhayət qərara almalıyıq ki, özümüzü yüksək mənəviyyat baxımından kifayət qədər yaxşı hiss etməliyikmi? Yaxud bu fikirlərlə barışmalıyıq ki, biz də haqlı deyilik, lap daha az səviyyədə olsa da. Və düzgün hərəkət etməyə başlamalıyıq.

Bütün nənələrin və nəvələrin təhlükəsizliyi üçün yol tapmaq naminə hərəkət etmək daha doğrudur. Əks halda bizim bütün şüarlarımız, bütün prinsiplərimiz, istər hüquqi, istər beynəlxalq, mənəvi, tarixi, siyasi və digər xarakterdə olsun, mənasız olacaq, ən pis halda gələcək fəlakətlərə aparacaq.


19 fevral 2014

Kembric, Massaçestus, ABŞ






Fikirlər