09.01.2014 04:30 Böyükağa Hacıyev: "Ermənilər bizimlə kişilikdən danışa bilməz"
"NEFTÇİ"rəsmisindən ermənilərə sərt şillə.
"Neftçi" klubunun prezidentinin müşaviri Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında erməni mətbuatının Ruslan Abışovun "Rubin"dəki karyerasıyla bağlı dediklərinə münasibət bildirib.
Böyükağa Hacıyevin sözlərinə görə o, sadəcə öz fikrini söyləyib: "Sizin sayta öz fikrimi demişəm. İndi də öz fikrimdə qalıram ki, əgər Minasyan Kazana gəlsəydi, Abışov klubda qalmamalı idi. Bu, futboldur və buna görə Ruslanın erməninin rəhbərliyi altında oynaması düzgün olmazdı. O ki qaldı o biri məsələlərə, ermənilər bizimlə kişilikdən danışa bilməz. Dəfələrlə bizə xəyanət ediblər. Qarabağı onların işğalından azad edəndən sonra bütün məsələlər həllini tapacaq".