SON DƏQİQƏ “Neftçi”nin yeni baş məşqçisi bəlli oldu
Pressing.az xəbər verir ki, paytaxt klubunu bundan sonra yenə də Böyükağa Hacıyev çalışdıracaq.
Bu gün Nazim Süleymanovla yollarını ayıran paytaxt klubu prezident Sadıq Sadıqovun müşaviri vəzifəsində çalışan təcrübəli mütəxəssislə razılığa gəlib.
Qeyd edək ki, bu, Hacıyevin “Neftçi”yə baş məşqçi kimi ikinci qayıdışıdı. O, ilk dəfə 2011-ci ildə “ağ-qaralar”ın sükanı arxasına gətirilmişdi. Hacıyev paytaxt klubuna 2 dəfə çempionluq sevinci yaşadıb (2011/12, 2012/13). 2011/12 mövsümündə Azərbaycan Kubokunun finalçısı olan Hacıyevli “Neftçi” 2012/13 mövsümündə də baş mükafata sahib çıxıb. Bu komandanı Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə daşımış Hacıyev cari mövsüm ərəfəsində Çempionlar Liqasındakı uğursuzluqdan sonra istefa vermişdi.