Mikayıl Cabbarov rayon təhsil şöbələrinin "paxırını açdı"... - "Müəllim vakansiyalarını gizlətməsi halları aşkarlanır"

Mikayıl Cabbarov rayon təhsil şöbələrinin "paxırını açdı"... - "Müəllim vakansiyalarını gizlətməsi halları aşkarlanır"Təhsil Nazirliyi tərəfindən aparılan monitorinqlər nəticəsində bir sıra rayon təhsil şöbələrinin fəaliyyətində bəzi müəllim vakansiyalarının gizlədilməsi halları aşkarlanır”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. Nazir bildirib ki, təhsil şöbələri tərəfindən müəllim vakansiyalarının müsabiqəyə çıxarılmaması hallarına rast gəlinir. Onun sözlərinə görə, bu hallar barədə ictimaiyyətə və aidiyyatı dövlət orqanlarına məlumatlar daima çatdırılacaq və müvafiq cəza tədbirləri görüləcək.

M.Cabbarov qeyd edib ki, bu tədris ilində məktəb direktoru və direktoru olmaq arzusunda olan kadrlar üçün təlim kursları təşkil edilib, bir sıra direktorlar artıq məktəblərdə fəaliyyət göstərir. Yeni tədris ilində onlarla belə kursdan keçmiş direktorların yeni təyinatı gözlənilir: “Bundan əlavə, müəllimlərin etik davranış qaydaları təsdiq edilib. Buna uyğun yeni müəllim kimi fəaliyyətə başlayanlar müəllim andı içərək işə başlayıblar”.






Fikirlər