"Dünyada hisslərin ən gözəlini bizlərə yaşatdığı üçün ALLAHımıza sonsuz ŞÜKÜRLƏR olsun!"

Mənə elə gəlir ki, bizim tariximizin yeni mərhələsi başlayır və bu mərhələdə əlbəttə ki, biz bir millət olaraq yenilməzliyimizi, sarsılmazlığımızı ortaya qoyuruq
Əlbəttə, bütün Azərbaycan xalqı kimi, mən də çox sevinirəm. Bu gün mənə elə gəlir ki, bizim hamımız cəbrayıllıyıq, zəngilanlıyıq, füzuliliyik, şuşalıyıq
Bunu Moderator.az-a açıqlamasında doğulub boya-başa çatdığı Zəngilan rayonu işğaldan azad olunan professor Qulu Məhərrəmli deyib. Professor buna görə Ali Baş Komandanımıza, müzəffər ordumuza və xalqımıza təşəkkür edib:
“Əslində son günlərin hadisələri və əvvəldən yayılan yarı doğru, yarı şaiyə xəbərlər adamı buna hazırlayırdı. Amma əlbəttə ki, Zəngilanın işğaldan azad edilməsi xəbərini prezidentin dilindən eşitmək, onun rəsmi təsdiqini görmək başqa bir hissdir. Əlbəttə, bütün Azərbaycan xalqı kimi, mən də çox sevinirəm. Bu gün mənə elə gəlir ki, bizim hamımız cəbrayıllıyıq, zəngilanlıyıq, füzuliliyik, şuşalıyıq. Birlikdə yaranmış ruh yüksəkliyini, mənəvi gücü ifadə etmək çox böyük hadisədir. Ona görə biz bunun üçün müzəffər ordumuza, Ali Baş Komandanımıza, Azərbaycan xalqının yenilməz gücünə minnətdarıq. Bu qələbədə payı olan hər kəsə təşəkkür edirik. Mənə elə gəlir ki, bizim tariximizin yeni mərhələsi başlayır və bu mərhələdə əlbəttə ki, biz bir millət olaraq yenilməzliyimizi, sarsılmazlığımızı ortaya qoyuruq. Dünyada ən gözəl hisslərdən biri qələbə hissidir və bunun üçün ulu yaradana, Allahımıza minnətdarıq”.






Fikirlər