"AzerTaym.az" modern.az tanınmış həkim Şahin Məmmədovun məsləhətlərini təqdim edir:
1. Siqaret çəkirsizsə tərgidin. Siqaret dərini, xüsusən üz dərisini qocaldır. Vitamin C çatışmazlığı yaradır. Vitamin C dərini qocalmanı sürətləndirən sərbəst radikallardan qoruyur.
- 2. İdmana başlayın. Günü bu gündən. Amma özünüzü gücə salmayın. Orta həddə. Həddən artıq fiziki yüklənmə orqanizmə zərər vurur.
- 3. Sağlam qidalanın. Orqanik meyvə-tərəvəzi bol edin. Qırmızı ət az istifadə edin. Əsas ağ ət ya balıq ətinə üstünlük verin. Omega 3 təbii balıq yağında olur. Əlavə olaraq da omega 3 qida əlavəsi qəbul edə bilərsiz.
- 4. Sinir sisteminə pis təsir edən videolara baxmayın, qəmli mahnılara qulaq asmayın. Yalnız komik filmlərə baxın, tempolu musiqilərə qulaq asın. 18+ filmlərə də çox yox, amma normasında baxa bilərsiz. Çox baxsanız əksinə mənfi effekt olacaq.
- 5. Bir az arsız olun, çox fikir etməyin. Fikir adamı qocaldır.
- 6. Çoxlu şəkil çəkdirin. Bunu etsəniz, istər-istəməz gözəl görünmək üçün çalışacaqsız.
- 7. Üzünüzü buz kimi soyuq su ilə yuyun, məşq etdirərək bədəninizi də soyuq su ilə yumağa öyrənişdirin. Günün birində qışda da soyuq su ilə çiməcəksiz, qaza, elektrikə də qənaət olar. Amma tələsmədən, bunu tədricən etmək lazımdır.
- 8. Saçlarınıza qulluğu artırın. Maskalar edin saça. Məsələn, yumurta sarısı, gənəgərçək yagı və soğan suyu qarışdırıb saça yaxın. 1 saat sonra yuyun. Həftədə 2 dəfə.
- 9. Gecə vaxtında yatın ki, melatonin vaxtında çıxa bilsin. Mən COVID-19 xəstələrinə də melatonin yazıram, məqsədim yuxugətirici effekt deyil. Gecə və gündüzün saatını orqanizm təyin edə bilsin. Hər hormonun öz çıxış saatı var. Əgər gecə və gündüzün rejimini pozsanız, hormonal sistem düz işləməyəcək.
Hələlik bu qədər, mənim özüm bunların çoxuna riayət edə bilmirəm, amma bu, o demək deyil ki, sadaladıqlarım effektsizdir. Ağır xəstələrlə işləyən həkimin gözəlliklə uğraşmağa vaxtı olmur. Siz dediklərimi edin, mütləq effekt görəcəksiz.