Xərçəngin qarşısını alan möcüzə pəhriz - FOTO
İnterpress.az xəbər verir ki, bu pəhriz son zamanlar gündəmdədir. Elmi araşdırmalar nəticəsində məlum olmub ki, ketogenik pəhriz digər pəhrizlər kimi yalnız artıq çəkidən xilas yolu deyil, həm də xərçəng xəstəliyinin qarşısını alır. Tədqiqatçılar, bu pəhrizdən istifadə edən xərçəng xəstələrində müsbət nəticələr əldə edildiyini sübut edir.
Ketogenik pəhriz, xəstələrdə xərçəng hüceyrələrinin orqanda yayılma sürətini yavaşladır və kimyaterapiyanın daha çox müsbət nəticə verməsinə yardımçı olur.
Bu pəhrizə nələr daxildir?
Yeməklərinizdə çörəkdən istifadə etməyin
Yeməklərinizi çörəksiz yeməyə başladığınız vaxtdan, onların daha ləzzətli olduğunun fərqinə varacaq və dadlarını daha yaxşı hiss edəcəksiniz.
Keyfiyyətli yağlardan istifadə edin
Təzə məhsuldan birinci sıxılma mərhələsində alınan yüksək keyfiyyətli bitki yağları, ketogenik pəhrizdə çox önəmli yer tutur. Tərkibi omeqa 3 ilə zəngin olan kanola yağı, çətənə yağı, kətan yağı və balıq yağı bu pəhrizdə daha çox istifadə olunan yağlardır. Bu yağları içərisinə hava keçməyən qablarda saxlamaq, gün şüalarından və istidən qorumaq lazımdır. Gündəlik qidalanmada salatlarların üzərinə əlavə edərək istifadə edə bilərsiniz. Pəhrizinizdə gün ərzində 4-6 qram omeqa 3 olmalıdır.
Tərkibində laktoza az olan içkilərdən istifadə edin
Kəsmik, qatıq və tərkibi az kalorili, yəni yağı azaldılmış olan “light” məhsulların tərkibində daha çox laktoza var. Buna görə də, belə məhsullardan daha az istifadə etmək lazımdır.
Səhər yeməyi düşündüyünüzdən daha vacibdir
Pendir seçərkən tərkibində karbohidratların miqdarı az olan yağlı pendirlərə, xüsusən holland pendirinə üstünlük verin. Ələlxüsus otlaqlarda qidalanan heyvanların südündən hazırlanmış qoyun və keçi pendiri omeqa 3 və D vitamini ilə daha zəngindir. Zülal ilə zəngin olan paxlalı bitkiləri istifadə edərkən tərkibindəki karbohidratın miqdarına diqqət etmək lazımdır.
Təbii yerlərdə qidalanan heyvanların ətindən istifadə edin
Ət alarkən təbii şəraitdə yetişdirilən və otlaqlarda qidalanan heyvanların ətlərinə üstünlük verin. Omeqa 3 ilə zəngin olan belə təbii ət məhsullarının tərkibində marketlərdən aldığınız kolbasa, sosiska kimi məhsullara qatılan və insan sağlamlığı üçün zərərli olan qatqılardan istifadə olunmur.
Dəniz məhsullarından tez-tez istifadə edin
Dəniz məhsullarından istifadə edərkən, tərkibi omeqa 3 ilə daha çox zəngin olan yağlı balıq növlərinə üstünlük verin. Yeyərkən çörəkdən istifadə etməməyiniz, onların dadını daha yaxşı hiss etməyinizə və qida dəyərinin artırılmasına xidmət edəcək. Palma, hind qozu yağı, kanola və zeytun yağından istifadə dəniz məhsullarını daha ləziz edir.
Gün ərzində faydalı qəlyənaltılar edin
Tərkibində dəyərli yağ turşuları və omeqa 3 olan qabıqlı meyvə qurularını (qoz ,fındıq) və toxumları (kətan, çətənə) pəhrizinizə əlavə edə bilərsiniz. Ancaq anakard kimi yüksək karbohidratlı quru meyvələri bu pəhrizə əlavə etmək olmaz.
Yeməklərinizə faydalı qarnirlər əlavə edin
Yaşıl tərəvəzlər (ispanaq, brokoli, qulançar, yaşıl paxla) çiy yer kökü, acı bibər, kahı ətlərin yanında ləzzətli qarnirlərə çevrilə bilər. Nişastalı tərəvəzlər olan bişmiş yer kökü, noxud, lobiya, qarğıdalı, mərcimək qanda olan şəkərin miqdarını artırdığı üçün, bunları qida rasiyonununuzdan çıxartmalısınız.
Rəngarəng meyvələrdən istifadə edin
Meyvələr ləzzətli və vitamin deposu olmalarına baxmayaraq, tərkiblərindəki qlikoza və fruktoza bizi diqqətli seçim etməyə məcbur edir. Ancaq tərkibində olan az miqdarda karbohidrat və xərçənglə mübarizə aparan maddələri ilə giləmeyələr bu pəhriz üçün faydalıdır. Hər gün 6 qramdan çox olmamaq şərti ilə istifadə etmək olar. Vitamini azaldılmış və dadlandırıcı qatqılar əlavə olunan konservləşdirilmiş meyvələrdən istifadə etməyin. Ancaq dondurulmuş meyvələrə əlavə qatqılar vurulmadığı üçün, seçiminiz onların arasından da ola bilər.Tərkibində qatılaşdırılmış şəkər olduğuna görə, meyvələrin və quru meyvələrin şirələrindən istifadə etmək tövsiyyə olunmur.
Şokoladdan imtina etməyin
Tərkibində kakaosu çox olan şokoladdan həftə ərzində bir dəfə 3-4 qram istifadə etmək faydalıdır.
Sudan tez-tez istifadə etmək lazımdır
Böyrəklərimizin sağlamlığı və böyrək daşlarının əmələ gəlməsindən qorunmaq üçün gün ərzində 2-3 litr mayedən istifadə etmək vacibdir. Şəkərsiz bitki çaylarından istifadə edə bilərsiniz. Ancaq, heç bir maye insan bədəni üçün suyun yerini verə bilməz.
Spirtli içkilərdən istifadə etmək olmaz
Spirtli içkilərdən, ələlxüsus yüksək karbohidrat tərkibli piyvədən istifadə etmək olmaz. Marketlərdə satılan konservləşdirilmiş meyvə şirələrindən, soyuq çaylardan və limonatlardan da istifadə etməmək lazımdır.