27.07.2014- Siz yağlı yeməkdən piylənmirsiniz - FOTO

27.07.2014- Siz yağlı yeməkdən piylənmirsiniz - FOTOİsveçdə dövlət səviyyəsində sağlam qida konsepsiyası dəyişdi.bundan sonra sağlam dieta hazırda hamı tərəfindən qəbul olunan yağsız deyil ,”az karbohidrat, çoxlu yağ” prinsipinə əsaslanan yeni qida konsepsiyası sayılır.

İsveçdə təsdiqlənən bu sistemlə yağlı dieta təkcə Avropada deyil, dünyada ilk dəfə rəsmən təqdir edilir. Bununla da dieta normalarına ciddi dəyişiklik olunur. İsveçin Sağlam Qida Texnologiyası Şurası tərəfindən 2 il ərzində dietalogiya üzrə 16 min elmi iş araşdırılıb. Layihədə iştirak edən ekspertlər dünyada piylənmə ilə mübarizə üsulunun tapıldığını açıqlayıblar: “Sağlam yağların xeyrinə karbohidratlardan imtina etmək lazımdır”.

Bu prinsiplə hətta onun effektivliyinə əvvəl şübhə ilə yanaşan alimlər də razılaşıb. Mütəxəssislərin dəlilləri ilə tanışlıqdan sonra İsveç hökuməti LCHF dietasını (sağlam yağların üstünlük verildiyi) təsdiqləyib.

Bütün elmi dəlillərə əsaslanaraq birmənalı nəticə bundan ibarətdir: insanların yağlı yemək qorxusu əsassızdır. Siz yağlı yeməklərdən piylənmirsiniz. Necə ki, kalsium qəbulundan ateroskleroz olmursunuz və ya göyərti yedikdən sonra rənginiz yaşıllaşmır-deyə ekspert komissiyasının üzvü professor Frederik Nistrom vurğulayıb.

27.07.2014- Siz yağlı yeməkdən piylənmirsiniz - FOTO
Onun sözlərinə görə şəkər və nişasta ilə zəngin yeməklərdən imtina ilə qanda insulin, yağ və xolesterinin normal səviyyəsini saxlamaq mümkündür. Ekspert karbohidratların ixtisarı üşün şəkər, kartof, makaron, düyü, çörək və un məmulatları,fruktoza ilə zəngin meyvələr, şirin içkiləri rasiondan çıxarmağı tövsiyə edir. Əvəzinə isə qida rasionunu təbii bitki yağları, şəkərsiz süd məhsulları, yağlı balıq və ət, qoz, həmçinin nişastasız tərəvəzlərlə zənginləşdirmək məsləhətdir. Sözügedən dieta- LCHF xolesterol profilli və şəkər xəstələri üçün əlverişlidir.

Qeyd edək ki, İsveçdə bu dietaya əhalinin yarıdan çoxu riayət edir,piylənmə isə ölkə üzrə 14 faizdir.






Fikirlər