Müşviq Əmirov: ‘Bu sağlam rəqabətə gətirib çıxaracaq’
“Qiymət endirimləri internetin keyfiyyətinə mənfi təsir göstərməyəcək”
“Azərbaycanda internet tariflərinin endirilməsi bu sahədə rəqabətin yaranmasına gətirib çıxaracaq”.
Bu sözləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Müşviq Əmirov ölkədə internet tariflərinin enməsi ilə bağlı danışarkən belə deyib.
Nazirlik sözçüsü deyib ki, qiymət endirimləri internetin keyfiyyətinə mənfi təsir göstərməyəcək: “Bu gün Azərbaycanda internet istehlakçılarına xidmət göstərən çoxlu sayda şirkətlər fəaliyyət göstərir. İnternet tafirlərinin enməsi bu şirkətlərdə sağlam rəqabətin yaranmasına səbəb olacaq. Rəqabətin olmasından dolayı provayder şirkətlər internetin keyfiyyət göstəricilərini artırmağa çalışacaq ki, bu da istifadəçilərin daha sürətli internet xidməti əldə etməsinə yol açacaq”.