İsveçdə məscidə xaç çəkdilər (FOTO)
Stokholmda məscidə son bir ay ərzində ikinci dəfə hücum ediblər
İsveçin paytaxtı Stokholmda məscidə hücum olub. Azertaym.az-ın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, məscidin imamı Mahmud Xalid səhər saatlarında məscidə gələrkən qapılara 8 ədəd nasist xaçı çəkildiyini görüb. İmam dərhal polis çağırıb.
Hadisə yerinə baxış keçirən polis barmaq izləri müəyyən edib. Bunun dini ayrıseçkilik və islam dininə nifrət edən şəxslər tərəfindən edildiyi ehtimal olunur.
Bu artıq həmin məscidə son bir ay ərzində olan ikinci hücumdur. Daha əvvəl də neo nasistlər tərəfindən məscidə hücum təşkil olunmuşdu.