“Orada məcbur etmirlər ki, şeir yazsın, namaz qılsın, insan özü bu həqiqətə gəlib çıxır...”

“Orada məcbur etmirlər ki, şeir yazsın, namaz qılsın, insan özü bu həqiqətə gəlib çıxır...”

“Bu çox yaxşı haldır. Bunu oxuyanda sevindim. Çünki müqəddəs kitablarımızda da var ki, tövbə qapısı həmişə, son nəfəsə qədər açıqdır. Ona görə sevindim ki, o, həbsxanada oturub revanş haqqında düşünmür, üzümə duranları çıxıb belə edəcəm demir, dövlət məni həbsxanaya atdı və çıxıb onunla necə mübarizə aparıb deyə düşünmür və haqq yoluna qayıdıq. Haqq yoluna qayıtmağın işlərindən biri də namaz qılmaqdır”
 
Bunu Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu Şəmkirin həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədovun həbsxanada namaz qılmasına və şeir yazmasına münasibət bildirərkən deyib. B.Vəziroğlu digər məmurlarımızın da bu şəkildə haqq yoluna qayıtmasına ümidli olduğunu bildirib:
 
“Poeziyayla məşğul olmaq isə o deməkdir ki, artıq mən insan  olmağa başlayıram. Mənə elə gəlir ki, hətta bu namazdan da öndədir ki, insan sözə, bədii düşüncəyə, insanpərvərliyə, insafa, vicdana qayıdır. Bu çox xoşuma gəldi. Həbsaxanada kimisə məcbur etmirlər ki, sən şeir yazasan, namaz qılasan. İnsan özü bu həqiqətə gəlib çıxır. Görünür o həyatdakı ən çətin mərhələni keçəndə bunu dərk edir. İnsan həqiqəti birdən-birə dərk edir. İndi şükür ki, bizim soydaşımız da bu həqiqəti birdən-birə dərk edibsə, nə yaxşı. Allah namazını qəbul etsin. İnşallah poeziya nümunələrini çap etdirəndə biz o barədə də rəyimizi bildirərik. Mən çox sevindim və hamını dəvət edirəm ki, gec də olsa haqq yoluna qayıtsınlar. Çünki həyatda heç bir şey gec deyil”. 






Fikirlər