ORUC – BIÇAQSIZ TİBBİ ƏMƏLİYYAT KİMİDİR ...

Oruc tutmağın çox üstünlükləri vardır və bu haqda yüzlərlə məqalə oxuya bilərsiniz. Dr. Paul Bragg (1895-1976), “The miracle of fasting” (Orucun möcüzəsi) adlı kitabında qeyd etdiyi kimi “Oruc bıçaqsız əməliyyat kimidir”. Demək istəyir ki: orqanizmdə olan hüceyrələr ac qalan kimi ilk növbədə xəstə və zəif hüceyrələrə istiqamətlənərək onları zərərsizləşdirir, habelə orqanizmi müalicə etməyə başlayırlar.

 

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Dr. Alexis Carriel də, oruc tutduğumuz zaman orqanizmin ehtiyat olaraq saxladığı qidalardan istifadə etdiyini və beləliklə də, bədəndəki hüceyrələrdə yenilənmə baş verdiyini bildirmişdir.

 

Dünyanın ən görkəmli tibb adamlarından olan Dr. Arnold Eret (1866-1922) isə, dəfələrlə uzun və qısa müddətli oruc tutaraq (hətta 126 gün!) bədənində baş verən möhtəşəm dəyişiklikləri izah edən onlarla məqalə və kitablar yazmışdır.

 

Az yemək ömrü uzadır, yaşlanma prosesini zəiflədir – deyirlər. Bununla orqanizm zərərli toksinlərdən və şlaklardan təmizlənir. Oruc tutduğumuz zaman qanın tərkibindəki mənfi xolesterolun səviyyəsi aşağı düşdüyü üçün qan damarları təmizlənir, qanın hərəkəti artır və ürək-damar sistemi güclənir.

Qeyd etdiklərimiz, çox qısa məlumatlardır. Orucun faydaları saymaqla bitmir. Bütün bunlar, bir daha isbat edir ki, Uca Rəbbimiz bizləri çox sevir.. Təsəvvür edirsinizmi, oruc tutaraq; həm Allahın vacib etdiyi bir əməli icra edirik, həm günahlarımız bağışlanır, həm bol-bol savab qazanırıq, həm əbədi həyat olan Cənnəti qazanırıq, həm də sağlam bir həyat yaşamış oluruq..

“..Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir”. (Həcc, 65)

 

 

 

www.islamevi.az

(tərtib: Ayxan Yaquboğlu






Fikirlər