“Efirlərimizdə elə bil insanların taleyi ilə lotereya oynayırlar...”

“Efirlərimizdə elə bil insanların taleyi ilə lotereya oynayırlar...”

“Gözləyirəm ki, quru sərhədləri açılsın. İrana dəvətlərim var. Çox istəyirəm ki, qastrol səfərlərinə gedim. Türkiyəyə də getməliyəm. Sabah isə Səkkizinci Televiziya Muğam Müsabiqəsinin açılışıdır və oğlum Rüstəm Müslümov da tarda iştirakçıları müşayiət edəcək. Mən də orda olmalıyam”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Möhlət Müslümov deyib. Tarzən efirlərimizdəki bəzi verilişlərdən də gileylənib:
 
“Efirlərimizdə elə bil insanların taleyi ilə lotereya oynayırlar. O səviyyəsiz verilişləri görəndə deyirəm ki, bunun yerinə bir maarifləndirici veriliş versələr, şəhidlərimiz haqda veriliş çəksələr, nə olar.  Bizim o qədər qlobal məsələlərimiz var. Sanballı sənətkarlarımızı efirə dəvət etmirlər. Bütün günü eyni adamlar bu kanaldan çıxıb o birinə, ordan da çıxıb digər kanala gedir”.
 
Xalq artisti muğam sənətində xidmətləri olan həmkarlarının diqqətdən kənarda qalmasına da toxunub: 
 
“Cabir Abdullayev yaxşı oxuyandır. Onların böyük qardaşları Vahid Abdullayev də məşhurdur. Sabir Abdullayev də yüzlərlə tələbə yetişdirib.  Onlar qardaşlığa sənətkardır. Sabir Abdullayev ən azından Əməkdar müəllim adı almalıydı. Vahid Abdullayev dostumdur və tələbə yoldaşım olub. Hamısı Vahidin yolunu oxuyur. Bu gün barmaqla sayılası muğam bilicilərindən biri də Sabir Abdullayevdir. 
 
Bu gün işğaldan azad edilən torpaqlarımıza da eyni adamlar gedir. Televiziyada da, sosial şəbəkələrdə də ancaq onları görürük. Amma Qarabağdan o qədər sənətkarlarımız var ki, birini o torpaqlara gedən görmürük”.






Fikirlər