İlhamə Quliyevanın xəstəxanadan fotosu yayıldı

İlhamə Quliyevanın xəstəxanadan fotosu yayıldı Xalq artisti İlhamə Quliyeva səhhətində yaranan problemlə əlaqədar bir müddətdir xəstəxanadadır.

 

Axşam.az-ın məlumatına görə, müğənninin xəstəxanada çəkilən fotosunu aparıcı Günay Firudinqızı İnstaqram səhifəsində paylaşıb. 


O, “Xəstəxanada olan İlhamə Quliyevaya biz də baş çəkdik. Allah sizə şəfa versin. Sizsiz şou-biznesimiz çox maraqsız olar. Tez sağalın, ayağa qalxın” deyə, bildirib.

Qeyd edək ki, İ.Quliyeva əməkdaşımızla söhbətində keçmiş köməkçisi Mehriban Bəylərqızının ona sui-qəsd etdiyini bildirib:

“Xəstəxanaya gələndə çox ağır vəziyyətdə idim. Həkimlər mənə qulluq etdi, ayağa qaldırdı. Əsəblərim və şəkərim yoxlanılır. Qan təzyiqimi tənzimləyiblər. Əsəbdən, stresdən bu hala düşdüm. Son vaxtlar yaşadıqlarım mənə pis təsir etdi. Şərəfsiz insanların törətdiyi hadisələrin fəsadlarını yaşayıram. Keçmiş köməkçim Mehriban Bəylərqızı məni bu hala qoydu. Bir mürəbbə bişirib, soyuducuya qoymuşdu. Mən də bilmədən götürüb çay içdim. Ondan sonra bədənimdə səpkilər əmələ gəlməyə başladı. Mürəbbəyə nəsə qatmışdı. Qanımdan analiz götürüblər. Mürəbbəni də vermişik ki, tərkibi araşdırılsın, içinə nə qatıldığını öyrənək”.



 
 






Fikirlər