Xalq artisti ilə BŞBPİ arasında qalmaqal - Ramil Usubova şikayət etdi (Yenilənib-2)


 

Xalq artisti İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hseynovanın hüquq-mühafizə orqanları ilə əlbir olduğunu iddia edir.

AzNews.az-ın məlumatına görə, İ.Quliyeva polis əməkdaşlarının da onu aldatdığını bildirib: “O, bu işləri tək edə bilməz. Mən bunu araşdıracağam. Ayın 5-də biz bu hadisənin üstün açdıq. 7-də hüquq mühafizə orqanları onu həbs etmək üçün evimə gəldilər. 

Onu Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Amma qəribə burasıdır ki, 9 saat dindirilmə aparılıb, lakin qeydiyyata alınmayıb. Bu necə olub? Demək ki, burada hiylə var. Bakı Şəhər Baş Polis İdarəsi buna aydınlıq gətirsin. 

Vüqar İsmayılov, Hikmət Qasımov evimdə məndən izahat alıblar. Məni də əmin ediblər ki, istintaq gedir, M.Hüseynovanı Kürdəxanıya göndərmişik. Təsadüfən evinin yanından keçəndə Mehribanı gördük. Buradan belə çıxır ki, polis məni aldadıb. Mənə Kürdəxanıya göndərdiklərini deyirlər, amma qadın azadlıqdadır”.

Xalq artisti məsələ ilə əlaqədar daxili işlər naziri Ramil Usubova zəng etdiyini deyib: “Ramil Usubova zəng etdim. Bu gün müraciət hazırlayıb Mehribanın mənim adımdan çıxardığı saxta vəsiyyətnaməsi ilə birlikdə Prezidentə, baş prokurora və Ramil Usubova göndərəcəyəm. Mən, oğlum, dostu təhlükə içindədir”.

***
13:41


“Həyatımın təhlükədə olduğunu başa düşəndən sonra evə kameralar yerləşdirdik”.

AzNews.az-ın məlumatına görə, bu sözləri xalq artisti İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın ona qarşı hazırladığı sui-qəsdlə bağlı mətbuat konfransında deyib. O, M.Hüseynovanın hərəkətləri ilə bağlı ev məhkəməsi qurduqlarını bildirib: “Kameralardan sonra onun etdiyi hərəkətlərdən xəvbər tutdum. Ona ev məhkəməsi qurduq. Hər şeyi qoyduq qarşısına. O, mənim evimdə işləyəndə özümü çox yorğun, əzik hiss edirdim. Mənə qəribə dərmanlar verirdi. Xörəklərimə dərman atırdı. Ayaqlarım işləmirdi. Bu dərmanlarla məni haldan çıxarırdı. 

O evimdə işləyəndə şikəst kimi idim. Onu qovandan sonra insan olduğumu hiss edirəm. Heç kəsi görmək istəmirdim. Bayquş olmuşdum sanki”.

İ.Quliyeva bildirib ki, M.Hüseynova onun evindən zinət əşyaları, bahalı fransız ətirləri oğurlayıb: “Hansı ki, onun biri 1500 manadır. Brilliant üzüyümü, 5 500 manatlıq şubamı aparıb. Satıb, ya özü geyinəcək, bilmirəm. Bu yaxınlarda istədim ki, çiynimə atam, baxdım ki, yerində yoxdur”.

Xalq artisti keçmiş köməkçisini ona cadu etdirməkdə ittiham edir:“Evimdən cadular çıxır. Xüsusi adamlar dəvət etmişəm, onları tapıb çıxardırlar. Caduların birinin üstündə yazılıb ki, fervalın 5-dən martın 5-nə kimi İlhamə ölməlidir. Yatağımın altına dəmirə keçirilmiş cadu qoyub oradan vanna otağına gedə bilmirəm. Mən bunların üstünü açdırdım”.



***
13:18


Xalq artisti İlhamə Quliyeva köməkçisi Mehriban Hüseynova (Bəylərqızı) ilə aralarında yaranan münaqişəyə həsr olunmuş mətbuat konfransı keçirib. 

İ.Quliyeva köməkçisinin onu zəhərləmək istədiyini deyib: “O, mənim evimin köməkçisi və xadiməsidir. Evimə 1 il 6 ay bundan əvvəl gəlib. Mən onu “Lider” televiziyasının işçisi Lamiyə Ələkbərovanın vasitəsi ilə tanımışam. İşindən razı idim. Amma zamanla Mehriban mənim evimdə çox xoşagəlməz işlər görüb. Mənim oğlumun dostu ilə dil tapıb. Oğlumun dostu ona özünü inandırıb. Elə ilk görüşdə olumun dostuna deyib ki, “Qardaş, mənə bir zəhər tap, dərman tap. Mən İlhaməni öldürmək istəyirəm”. 

Bu sözü eşidəndə oğlumun dostu onun səsini yazıb. Niyə onu öldürmək istəyirsən sualına isə "niyə o, məndən yaxşı yaşasın ki?” cavabını verib. 

Deyib ki, İlhamə yatanda adam çağıracağam, ona iynə vurub öldürsün”. 

İ.Quliyeva bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyini bildirib.






Fikirlər