Dünya 2015-in gözəlini seçdi - FOTOLAR
2015-in gözəlini seçmək üçün bu gün Çində beynəlxalq gözəllik yarışmasının final mərhələsi keçirilib. Azərtaym.az xəbər verir ki, ispaniyalı Mireya Lalaquna Royo 114 iştirakçı arasından qalib seçilib. Rusiyadan olan Sofiya Nikitçuk ikinci, indoneziyalı Mariya Xarfanti isə üçüncü yeri tutub. Barselondan gələn 23 yaşlı Mireya Lalaquna Royo Tibb Universitetini bitirib. Daha sonra modellik fəaliyyətinə başlayan Mireyanın həm də yüksək natiqlik qabiliyyətinin olduğu bildirilir.