Qənirə Paşayeva "Türkvizion"un açılışında çıxış edərək, Türk dünyasına səslənib - FOTOLAR

Qənirə Paşayeva

 

 

Millət vəkili Q.Paşayeva TÜRKVİZİON mahnı yarışmasının açılışında çıxış edərək Türk dünyasına səslənib.
 
Millət vəkili Q.Paşayeva İstanbulda TÜRKVİZYON mahnı yarışmasının açılışında çıxış edərək bu gün birlik, bir-birimizə daha çox sahiblənmə, dəstək olmaq zamanıdır deyib.  Açılışda bütün Türk dövlət və toplumlarını salamlayan millət vəkili Qənirə Paşayeva Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunu vacibliyindən geniş danışııb.   
Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, Türk və Müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış insanların, aydınların, ictimai fəalların və 21 ölkədən yarışmaçının qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva onlara səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib: ”Birimizin acımız hamımızın birimizin sevinci də hamımızın olmalıdır  və buradan verilən məsaj da budur. Bu gün bütün dünyaya böyük bir ailə, böyük bir millət olduğumuzu bir daha göstəririk. Biz yaradılanı Yaradandan ötrü sevdik deyən məhrəmət, sevgi dolu,ədalətli bir millətin övladlarıyıq. Bu gün bir-birimizin daha da çox yanında olaraq, gücümüzü daha da artırmalıyıq. Bu gün bu gözəl yarışmada iştirak edən hər kəs qalibdir. Çünki biz qardaşıq. Birimizin qalibiyyəti hamımızın qalibiyyətidir. 
Burada məğlub olan olmayacaq. Çünki  birlik, brabərlik nümayiş etdirdiyimiz hər tədbir, hər yerdə biz hamımız qalibik və qalib olacağıq”. Dağlıq Qarabağ da daxil olmaqla bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılar, əziyyət çəkdiyi problemlərə də toxunan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər sizin, bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. 
Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. “Bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib. 
Millət vəkili Qənirə Paşayeva tədbirdə iştirak edən əksər ölkələrdən gəlmiş nümayəndə heyətləri ilə də görüşüb və onları təbrik edib. Sənətçilərlə bərabər millət vəkili Q. Paşayeva tədbirdə iştirak edən qardaş Türkiyə millət vəkilləri, Makedoniyanın Türk kökənli naziri, Küçükçeşməcə bələdiyyə başqanı, TÜRK PA, TÜRKSOY rəsmiləri, Yunus Emre Vaqfının rəhbərliyi, İraqdan, Suriyadan gəlmiş türkmən təmsilçiləri ilə də görüşüb və bu cür tədbirlərin vacibliyi və əhəmiyyəti ilə bağlı bir sıra Türk dövlət və toplumlarının televiziyalarına, KİV-lərinə geniş müsahibələr verub. 









Fikirlər