Xalq artisti: "BUNA DÖZƏ BİLMİRƏM" - FOTO

Xalq artisti, sevilən sənətkar Zərnigar Ağakişiyeva bugünkü həyatından və yaşayışından danışıb:

"Aktyorun, yaradıcı insanın həyatının mənası sənətdir. O sənət ki sən fəaliyyətdə olmasan da, qəlblərdə, ruhlarda, insanların alqışında daima yaşayır. Bizim işimiz zəhmət, əziyyət tələb edən bir işdir. Bu iş bütün günü fəaliyyətdə olmağı tələb edir. Amma mən hazırda buna dözə bilmərəm. Bəzən gənclərlə işləməyə dəvət ediblər, həqiqətən də, o gənclərə yazığım gəlib. Mən isə onların işini ləngidə biləcəyimdən qorxaraq geri çəkilmişəm. Çünki yaşlı adamam, özümlə bacarmıram. Bu qocalığın kaprizləridir. Həm də mən şəkər xəstəsiyəm, bu xəstəlik isə insanda çox üzüntülü bir hal yaradır. Siz cavanlar bunu hələ bilməzsiniz. Təbiətin hər fəsli gözəl olduğu kimi hər yaşın da öz gözəlliyi var. Gəncliyin özü, qocalığın isə müdrikliyi gözəldir. Mən həmişə bizim bədii əsərlərimizə, teatr tamaşalarımıza diqqət yetirmişəm. Yaşlı nəsilsiz heç nə ötüb keçmir. Bununla dünya, həyat gözəlləşir".






Fikirlər