"EVDƏ TƏK"in uşaq qəhrəmanı illər sonra - YENİ fotolar
Keçən əsrin ən məşhur komediya filmlərindən olan "Evdə tək"in uşaq qəhrəmanı Makaulay Kalkin yenidən ortalığa çıxıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bir neçə gün əvvəl Nyu-Yorkda Cim Qaffiganın şousunun çəkilişlərinə qatılıb. Artıq 35 yaşı olan və aktyorluğa davam etməyən Kalkinin saçlarını uzatması, kökəlməsi diqqətdən qaçmayıb.
Kiçik yaşlarında qazandığı uğurun davamını gətirə bilməyən və buna görə ailəsini günahlandıran Makaulay dörd il əvvəl narkotikadan asılılığına görə gündəmə gəlmişdi.