08.08.2014 - "Sovetski”də dəhşət: içində uşaq olan evi buldozerə verdilər
Bakının “Sovetski” adlanan ərazisində evlərini müəyyən edilmiş şərtlərlə sökülməsilə razılaşmayan sakinlərin mənzillərinin söküntüsünə başlanılıb.
Aznews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin tapşırığı ilə sözügedən yerdə söküntü işlərinə ağır texnika cəlb edilib.
Ərazidə olan icra başçısı narazı sakinlərin polisə aparılması tapşırığını verib.
Yasamal Rayon Polis İdarəsi 26-cı polis bölməsinin əməkdaşları texnikanın qarşısını kəsən 6 qadını bölməyə aparıblar. Qadınların biri qışqıraraq körpə uşağın evdə yatdığını bildirib. Yalvarıb ki, buldozerə verilən evindən heç olmasa, uşağı çıxarsınlar.