İcra Hakimiyyətinin işçilərindən vətəndaşlara qarşı özbaşnalıq - Video
Dekabr ayının 7-də Xətai rayonu, Zığ şosesi, Cavanşir 36, 6 saylı yataqxanada yaşayan 9 ailəni yaşadığı evdən məcburi çıxarıblar. İcra hakimiyyətinin nümayəndələri tərəfindən hadisədən 1 həftə öncə yataqxanada qalan məcburi köçkünlərin su, qaz və işıqlarını kəsib.
Xətai rayon icra hakimiyyəti başçısının müavini Nizaməddin Əkbərovun Qafur adlı nümayəndəsi və çox sayda polis əməkdaşları saat 10.00 radələrində adı çəkilən yataqxananın 159-cu mənzilinin qapısını təpiklə açaraq, 73 yaşlı qadını yatağından bir neçə polis əməkdaşları ilə birgə sürüyərək evdən çölə atıblar. Zərərçəkmişin qızının bildirdiyinə anası həmin vaxt yataqda olub və evdən çıxarılan zaman ayağına heç nə geyinməyə imkan tapmayıb. İcra nümayəndələri və polis əməkdaşları boşaldılan evləri dağıdaraq yarasız vəziyyətə salıblar. Sakinlər heç bir paltar, sənəd və pul evdən götürə bilməyiblər.