Müslüm Məmmədov ŞƏKLİNİ çəkəni axtarır

Deputat AŞPA-nın iclasında onlayn oyun oynamasının görüntülərini yayan həmkarıyla “haqq hesab çəkmək” istəyir 


Bir neçə gün əvvəl 57 saylı Kürdəmir seçki dairəsindən seçilmiş deputat Müslüm Məmmədovun AŞPA-nın iclasında olarkən çəkilmiş fotosu yayımlanmışdı. Deputat həmin vaxt AŞPA-dakı nümayəndə heyətimizin üzvü Qənirə Paşayevanın Ermənistanın Azərbaycana qarşı aqressiyası barədə danışarkən onlayın oyun oynayırmış. 
Məlumatda vurğulanırdı ki, Müslüm Məmmədov mühüm çıxış zamanı prosesləri diqqətlən izləmək, çıxşa dəstək məqsədiylə əlavələr etməjk yerinə başını onlayn oyuna qarışdırması başadüşülən deyil. Hətta bəzi müşahidəçilər belə birinin AŞPA-dakı nümayəndə heyətinin tərkibində təmsil olunmasını ayıb hesab edirdilər. Onlar Məmmədovun geri çağırılmasını daha məqsədəuyğun hesab edirlər. 
  Deputat yayılan fotolardakı hərəkətini təkzib etmək üçün maraqlı təkzib forması düşünüb. Belə ki, o, çevrəsindəki adamlara tapşırıb ki, yazı yayımlamış saytların elektron ünvanlarına və ya şərh bölümlərinə yazsınlar ki, bəs, Müslüm Məmmədov oyun oynamırmış, hansısa mühüm işlə məşğul imiş. Amma həmin “mühüm iş”lə bağlı heç bir məlumat verməyiblər. 
Bu gün daxil olan məlumatlarda isə işin üstü bir qədər də açılıb. Müslüm Məmmədov onun fotosunu prfoldən çəkən deputatı axtarır. Bununla bağlı onun hətta həmin iclasın görüntülərinə baxmaq üçün Stratsburqa getməyi planlaşdırdığı deyilir. Mənbə bildirir ki, deputat fotoşəkili çəkən şəxsi tapdıqdan sonra böyük ehtimalla ondan özü üçün “düşmən” obrazı yaradacaq. Və mümkündür ki, hakimiyyət dairələrinə bununla bağlı şikayətini də çatdıracaq. 
Xatırladaq ki, Müslüm Məmmədovun adı seçki dövründə başqa bir qalmaqala da qarışmışdı. Həmin vaxt mətbuat yazırdı ki, sözügedən şəxs Belçika vətəndaşıdır və bu səbəbdən də onun seçkilərə qatılması qanunla qadağandır.Jam.az






Fikirlər