20 il sonrakı Türkiyəni necə görürsünüz, xilafətəbənzər bir üsul-idarə, yoxsa, Qərb dəyərləri ilə yoğrulmuş modern Avropa ölkəsi?
Moderator.az - ın əməkdaşı bu sualla tanınmış ilahiyyatçı alim, Dini Qurumlar üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevə müraciət edərək aşağıdakı cavabı alıb:
"Mənim fikrimcə Türkiyədə qərb dəyərlərini əsas götürüb cəmiyyətdə və ya siyasətdə dəyişikliklər etməyi məqsəd qoymayıblar. Ənənəvi, mühafizəkar elementləri daha da qabardıb Qərbdən fərqlənmək, köklərinə qayıtmaq fikir və praktikası əsas yer tutub. Amma inanmıram ki, Türkiyədə hər hansı formadasa xilafət yaransın. Hazırda onu uzun müddətli vətəndaş qarsşıdurması və hətta müharibəsi, dövlətin parçalanması kimi variant (Ukrayna), xoşagəlməz gələcək gözləyir. Belə mürəkkəb bir şəraitdə xilafət ideyası sandıqdan çıxmaya bilər. Təəssüf ki, bizə qardaş olan bir xalq, bir dövlət bir sıra səhvlərdən ortaya çıxmış tarixin acılı - ağrılı bir mərhələsinə qədəm qoyur".