“Azadlıq Salnaməsi”ndə Nemətlə Meydan haqqında söhbət söhbət (III - sonuncu hissə)-VİDEO

nemet2

Bu söhbətimizdə Nemət Pənahl ilə yalnız Meydan haqqında danışmışıq. 17 noyabr Meydan hərəkatının 28-ci ildönümü dolayısı ilə “Azadlıq Salnaməsi”ndə Meydanın “qara qutu”larından Rəhbəri Nasir Siyaməklə etdiyimiz söhbətdən sonra Meydanın liderlərindən biri olan Nemət Pənahlı və Meydanın ilk aparıcısı olan Ənvər Əliyevlə də danışdıq.

İllər keçdikcə hadisələrin mahiyyəti də dəyişir və araşdırılmalı mövzular da öz aktuallığını daha da artırır. Biz də belə etdik. Həm Siyaməklə, həm Nemətlə, həm də Ənvər Əliyevlə Meydanın ilk günlərindən son günlərinə – dağıdılmasına qədər danışdıq. Meydanda baş verənlərə, tribuna uğrunda aparılan böyük savaşa, ziyalıların meydana gəlməməsinə, niyə gəlməməsinə qədər hər şeydən bəhs etdik. Maraqlıdır ki, müsahibələrin gedişində – xüsusilə, Nemətlə müsahibədə maraqlı məqamlar yaxaladıq.

nemet4

Meydan hakimiyyətin, hakimiyyət orqanlarının birbaşa dəstəyi və yardımı ilə başlayıb. Belə çıxır. Və düz ayın 23-nə qədər də bu cür davam edib. Ona görə də, hakimiyyət və onun komandası min bir cəhdlə Meydana çıxmaq, millətin gözündə qəhrəmana dönmək üçün əllərindən gələni ediblər. Hətta yekə-yekə məmurlar gəlib Meydanda danışmaq, nə danışmaq üçün Meydanın qəhrəmanlarından belə demək mümkünsə, təlimat belə alıblar. Bu növraq, 23-nə qədər davam edib. Elə ki, böyüyən və gündən-günə güclənən bir Xalq Hərəkatının yaranması müşahidə olunub və bu, hiss olunub, o zaman Meydanı dağıtmağa çalışıblar. Nə olubsa bundan sonra olub…

nemet5

23 noyabr tarixində Nemət Meydanı “Azadlıq” meydanı adlandırıb və Milli Azadlıq Hərəkatının başlandığını, rusların hər zaman işğalçı olduğunu bəyan edib. Bununla da Meydanda böyük problemlər başlayıb. Elə həmin gün də Meydan sovet ordusu tərəfindən üzük qaşı kimi mühasirəyə alınıb. Bu mühasirə 5 dekabr 1988-ci ilə qədər də davam edib və sonu görünməyən mübarizə başlayıb: Meydan dağılsınmı, dağılmasınmı?! Və bu iki fikrin daşıyıcıları bu günə qədər bir-birini hakimiyyətə satılmaqda, meydanı satmaqda ittiham olunur. Hələ davam edəcək də… Görünən odur…

nemet3

“Azadlıq Salnaməsi”ndə Meydanda toplanan pullar haqqında da danışmışıq. Nemətin bu pulların toplanmasında rolu varmı, o pullar hara getdi, kimlər pullara sahib çıxdı – mümkün qədər, dediyi qədər müzakirə etmişik. Nemət SSRİ-nin müstəntiqləri ilə “dostluq” edib “Azərbaycan mafiyası”na qarşı necə mübarizə apardığını və kimləri işdən uzaqlaşdırmağa nail olduğunu da bu müsahibədə söyləyib. Bir tarixi etiraf da edib Nemət Pənahlı. O, Ənvər Əliyevin həbsinin səbəbi kimi özünün verdiyi ifadələri göstərib və deyib ki, bu ifadəni verməsəydi, Ənvər həbs olunmayacaqdı…

Beləcə, 17 noyabr Meydan hərəkatının əsas aparıcısı Nemət Pənahlı “Azadlıq Salnaməsi”ndə tarixin sirrlərindən danışır… Elə onun özünü də “qara qutu” adlandırmaq olar…

 III-sonuncu hissə

 

 

 

 






Fikirlər