“Bu işdə kimlərin əli olubsa, onlar həbs olunmalıdır" - DEPUTAT

"Məktəb şagirdini cinsi zorakılığa məcbur edərək onu sosial şəbəkədə yayanlar qanun qarşısında cavab verməlidir”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Beyləqan rayonunda məktəbli qızın 5 nəfər həmkəndlisi tərəfindən cinsi zorakılığa məruz qalması ilə bağlı məlumata münasibət bildirərkən deyib. Deputat bildirib ki, vəzifəsindən asılı olmayaraq heç kim məsuliyyətdən kənar qala bilməz:
"Qanun hamı üçündür. Bu qızı cinsi zorakılığa məcbur edənlərlə yanaşı, onu videoya çəkib sosial şəbəkədə yayanlar da məsuliyyət daşıyır. Düşünürəm ki, bu cinayət işində heç bir güzəşt ola bilməz. Əgər fərdi qaydada kimsə subyektiv mülahizələri ilə cinayətkarı qorumağa çalışırsa, bunun qarısını almaq, yerli səviyyədə hansısa maneə törədilirsə, həmin şəxslərin özləri də cinayət məsuliyyətinə cəlb olumalıdır. Vəzifəli şəxs bu və ya başqa formada çinayətkarı qoruyursa, bu yolverilməzdir. Məncə yaxın günlərdə bununla bağlı qərarlar olacaq. Prokurorluq orqanları bu məsələyə həssas yanaşmalıdır. Vətəndaşın hüquqlarının qorunması istiqamətində mütləq addımlar atılacaq. Buna əminəm”.
Fazil Mustafa prokurorluq oqanlarına müraciət etdi:
"Bu işdə kimlərin əli olubsa, onlar həbs olunmalıdır. Söhbət orta məktəb şagirdinin ləyaqətsiz formada şantaj olunmasından və cinsi təcavüzə məcbur edilməsindən gedir. Bu şantajı həyata keçirənlər heç nəyi nəzərə almadan belə addım atıblar. Belə insanların cəzaları yeni formada verilməlidir. Cəzanın sərtləşdirilməsi olduqca vacibdir. Çünki, bütün hallarda məsələ çox böyüyüb. Amma, onu sosial şəbəkədə yaymaq ən böyük ləyaqətsizlikdir”.
Deputat hadisənin Azərbaycan təhsil müəssisəsində baş verdiyindən dəhşətə gəldiyini qeyd edib:
"Ata imtina edib, qız özünü öldürmək istəyib, amma ana bütün bunlara rəğmən övladını ölümdən xilas edib. Bunun özü dəhşətdir. Bu işin obyektiv aparılması üçün addımlar atılmalı və məhkəm də ədalətli qərar verməlidir. Məsələ gündəmdən çıxmamalıdr. Ona görə də Təhsil Nazirliyi işə qarışmalıdır və məktəblərdə şagirdlərə bilgilər verilməlidir. Yeniyetmələrin bu əməldən çəkindirilməsi istiqamətində addımlar atılmalıdır”.
Xatırladaq ki, bir müddət bundan əvvəl Beyləqanda orta məktəb şagirdinin 5 nəfər həmkəndlisi tərəfindən zorlanması və hadisənin videoya çəkilməsi ilə bağlı məlumatlar yayılmışdı. Zorakılığa məruz qalan qız və onun anasının açıqlamasına görə, hadisədə əli olan 3 nəfər- Babayev Rasim, Həziyev Murad, Hüseynov Rahib cinayət məsuliyyətindən kənarda qalıb. 






Fikirlər