“Putinin “Kaşşey iynəsi” Kiyevdədir...” - Onun yeri təkcə tarixin zibilliyi olmayacaq- MÜSAHİBƏ
Rusiya qoşunlarının Ukraynaya müdaxiləsindən sonra Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov Ukrayna ərazini müdafiə sıralarına qoşulub. Moderator.az xəbər verir ki, Ponomaryov Almaniyanın “Deutsche Welle” (DW) nəşrinə müsahibəsində Kiyevdə nə etdiyi, rus elitası nümayəndələrinin Ukraynadakı müharibəyə münasibəti və gələcəkdə Vladimir Putinsiz Rusiyanı necə gördüyü ilə bağlı öz fikirlərini bölüşüb.
- Rusiyada Dövlət Dumasının deputatları, siyasətçilər, iş adamları ilə əlaqə saxlayırsız? Onlar Ukraynadakı müharibə haqqında həqiqətən nə düşünürlər? - Dövlət Dumasında həqiqətən danışmağa dəyər verəcəyim həmkarlarımın böyük əksəriyyəti artıq yoxdur. Onları Dumadan sıxışdırıb çıxarıblar. Amma təbii ki, mən Rusiya elitasının bir çox nümayəndələri - həm hökumət üzvləri, həm parlament, həm də hüquq-mühafizə orqanlarının ayrı-ayrı şəxsləri ilə mümkün qədər sıx əlaqələr saxlayıram. Və deyə bilərəm ki, dövlət elitası, xüsusən də hakimiyyət dairələri hazırda baş verənlərdən şokdadırlar. Özlərini texnokrat adlandıran və heç nəyə təsir edə bilməyən bu insanlar öz işlərini vicdanla görürlər. Bu mənada Almaniyada İkinci dünya müharibəsi zamanı baş verənlər arasında təbii ki, ciddi paralellik var. Amma baş verənlərlə bağlı bu mühitdə narazılıq səviyyəsinin, mənim fikrimcə, orta Rusiya cəmiyyəti səviyyəsindən yüksək olması şübhəsizdir. - Sizcə, Rusiya Putindən sonra necə olacaq? Liberal müxalifətin şansı varmı? - Bu sualın cavabı tamamilə hansı dəyişikliklərin baş verəcəyindən asılıdır. Düzünü desəm, mən Rusiya cəmiyyətinin liberal hissəsinin bu dəyişikliklərdə iştirak etmək imkanını görmürəm. Amma mən özümü liberal müxalifət hesab etmirəm. İnanıram ki, dəyişikliklər çox güman ki, ikitərəfli hərəkətın nəticəsində baş verəcək: bir tərəfdən aşağının təzyiqi altında hərəkət edəcək elitanın, digər tə