“Əbülfəz müəllim zəng edib dedi ki,..” - ŞƏRIFOV söküntüdən danışdı
Baş nazirin müavini Abid Şərifov “Sovetski”də sökülən abidələrlə bağlı açıqlama verib. AzerTaym.az xəbər veir ki, ANS TV-yə müsahibəsində o, aparılan söküntü işlərinin qanun çərçivəsində həyata keçirildiyini və tariximizə kifayət qədər hörmət edildiyini bildirib. Bundan əlavə o qeyd edib ki, bəzi tarixi abidələr qorunub saxlanacaq, bərpaya ehtiyacı olanlar isə təmir olunaq. “Bu abidələr siyahıdan çıxarılıb. Bu, rəy nəticəsində olub, kiminsə özbaşınalığının nəticəsi deyil. 1 abidə ev kimi qeydə alınmışdı. Sonra mənə Əbülfəz müəllim zəng etdi (Mədəniyyət naziri- red.) və dedi ki, bu qədim hamamdır. Nəticədə biz onu siyahıdan çıxartdıq, onu gələcəkdə restavrasiya edə bilərik. O ki qaldı, Abbas Mirzə Şərifzadənin evinin sökülməsinə, bu haqda söhbət yoxdur”, - deyə Abid Şərifov bildirib.