"Türkiyə də kömək etmədi" - Elçibəydən Ankaraya Kəlbəcər ittihamı/VİDEO
"Əgər Kəlbəcər gedibsə, deməli bizim də xətamız var..." Moderator.az Azərbaycanın ikinci prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin prezident olarkən Türkiyədən gələn jurnalistə verdiyi tarixi müsahibəni təqdim edir.
Həmin müsahibədə Elçibəy Türkiyə - Azərbaycan qardaşlığının necə sınaqdan keçdiyinə, bəlkə də keçmədiyinə işarə vurur və Kəlbəcərin işğalı zamanı qardaş ölkənin tutduğu mövqeni, daha doğrusu, mövqesizliyi üstüörtülü şəkildə qınayır...