Bakı-Tiflis-Qars dəmiryol tikintisinin Türkiyə hissəsində bir sıra tamamlama işləri, xüsusən də elektrik təchizatı, işarəvermə və rabitə işləri tez bir zamanda başa çatdırılacaq.
Bunu Tükiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla görüşündə deyib.
Səfir bildirib ki, BTQ dəmiryolunun Türkiyə hissəsində tikinti işləri sürətləndirilib. “Bir çox tamamlama işləri, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri tez bir zamanda başa çatdırılacaq”- deyə diplomat bildirib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da rəhbərlik etdiyi qurumda həyata keçirilən islahatlar,eyni zamanda ölkənin dəmir yollarında görülən işlər, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin mövcud icra vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib. Bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizel ilə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər.
Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.