30.06.2014.- Diplomatımıza görə Türkiyəyə nota verilib - Rəsmi açıqlama

30.06.2014.- Diplomatımıza görə Türkiyəyə nota verilib - Rəsmi açıqlama Azərbaycanın Türkiyədəki səfirliyi diplomatımızın türk polisi tərəfindən döyülməsi barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb.

Səfirlik yerli KİV-in sorğusuna cavabında qeyd edib ki, Türkiyənin paytaxtı Ankarada üç ay öncə - martın 29-da Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin diplomatı, səfirliyə məxsus diplomatik dövlət nişanlı rəsmi avtomobillə ailə üzvləri ilə birlikdə yolda gedərkən hər hansı bir qayda pozuntusu olmamasına baxmayaraq, polislər tərəfindən kobud sürətdə saxlanılıb:
“Polislər səviyyəsiz sözlərlə diplomatımızı təhqir edib, ona qarşı Diplomatik Əlaqələrə dair Vyana Konvensiyasına tamamilə zidd bir şəkildə davranılıb, polislər tərəfindən güclü fiziki təzyiq tətbiq olunub. Məsələ ilə bağlı həmin gün Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, DİN-də sözügedən polislər haqqında təhqiqat prosesi başladılması ilə yanaşı, Ankara şəhər Baş Prokurorluğunda da cinayət işi açılıb. Hər iki proses hal-hazırda davam etməkdədir.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi məsələni yaxından izləməkdədir”.






Fikirlər