Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi İli elan edib
Azərbaycanda 2017-ci il İslam Həmrəyliyi İli elan olunub. "Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Qeyd edək ki, bu il 12-22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub. AzərTaym.az