Qarabağda vuruşmuş erməni könüllülər Yerevana toplaşdı – FOTOLAR

0IMG_48861487406262

Bu gün Yerevandakı Karen Dəmirçiyan adına idman-konsert kompleksində “Yerkrapa” Könüllülər İttifaqının 11-ci qurultayı öz işinə başlayıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, qurultayda Ermənistan prezidenti Serj Səriskyan və “Yerkrapa”nın rəhbəri, parlamentin deputatı Manvel Qriqoryanın çıxışı planlaşdırılıb.

Qurultayda Dağlıq Qarabağdakı separatçı rejimin “müdafiə naziri” Levon Mnatsakaryan, Ermənistan parlametinin vitse-spikeri Eduard Şarmazanov, Yerevan meri Taron Markaryan da iştirak edir.
Qurultay “Yerkrapa”dan və Dağlıq Qarabağda başlanan separatçı hərəkatdan bəhs edən filmin nümayişi ilə başlayıb.

Xatırladaq ki, “Yerkrapa” Azərbaycan ərazisində qanlı cinayətlər törətmiş yarımhərbi könüllü birləşmədir.






Fikirlər