Müdafiə naziri Ermənistan hakim partiyasının siyahısında BİRİNCİDİR

Ermənistanın hakim Respublikaçılar Partiyasının parlament seçkilərində proporsional siyasında ilk yerdə müdafiə naziri Viqen Sərkisyan olacaq. 

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bu haqda partiyanın icra orqanının iclasında partriyanın mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov məlumat verib.

Onun sözlərinə görə, ikinci sırada Yerevanın meri Taron Markaryan, üçüncü yerdə ədliyyə naziri Arpina Ovannisyandır.

İlk beşliyə deputat Ara Baloyan və mədəniyyət naziri Armen Amiryan da düşüb.

Şarmazanovun sözlərinə görə, ilk beşlikdə dəyişiklik edilməyəcək.

Siyahıdakı onluqda partiya sədrinin müavini Armen Aşotyan, Eduard Şarmazanov, deputatlar Marqarit Esayan, Samvel Farmanyan və Karen avakyan da var.

Şarmazanov bu beşlikdə dəyişilkliyi istisna etmir.

Seçkiqabağı qərargaha partiyanın sədri, Ermənistan prezidenti Sej Sərkisyan rəhbərlik edir.

Ermənistanda parlament seçkiləri bu il aprelin 2-də keçirilməlidir.






Fikirlər