Türkiyənin növbəti BAŞ NAZİRİ KİM OLACAQ?
AKP kulislərində Davudoğlunun yerinə ən real namizədin adı ön plana çıxıb. Baş nazir Əhməd Davudoğlunun istefasından sonra dünyanın diqqəti hakim partiya AKP-nin 22 mayda baş tutacaq Konqresinə yönəlib. Konqresdə həm partiyanın sədri, həm də ölkənin baş nazirinin kimliyi bəlli olacaq. Türk mediasında real namizədlərdən ən çox hazırki nəqliyyat və rabitə naziri Binali Yıldırımın adı hallanır. Ondan başqa baş nazir postuna enerji naziri Berat Albayrak, ədliyyə naziri Bəkir Bozdağ və baş nazirin müavini Numam Kurtulmuşun da gələ biləcəyi haqda versiyalar irəli sürülür. AKP rəhbərliyinə yaxın mənbələr isə 90% ehtimalla Binali Yıldırımın bu posta əyləşəcəyini bildirirlər.